AFFA İntizam Komitəsi “Qarabağ” və “Neftçi”nin Gənclər Liqasında çıxış edən komandalarının futbolçularını cəzalandırıb.
Ucnoqta.az AFFA-ya istinadən xəbər verir ki, Ağdam klubunun oyunçusu Emil Binyətzadə “Sabah”la görüşdə qeyri-idman hərəkətinə görə qırmızı vərəqə aldığı üçün 1 matçlıq diskvalifikasiya olunub.
“Neftçi”nin üzvü Aslan Şirinov “Qəbələ” ilə keçirilən qarşılaşmanın ardından hakimin qərarına etiraz etdiyindən, ikinci sarı vərəqə alıb. O, hakimlərin və AFFA-nın ünvanına təhqiredici ifadələr işlətdiyi üçün komandasının qarşıdakı 4 oyununu buraxmalı olacaq.
Bundan başqa, “ağ-qaralar”dan Bəhruz Qurbanlı həmin görüşdə qırmızı vərəqə aldığı üçün 2, “Qəbələ”nin oyunçusu Ravil Qafarov isə 1 matçlıq cəzaya məruz qalıblar.