Argentina millisinin və Fransanın PSJ klubunun futbolçusu Lionel Messi 2022-ci ilin ən yaxşı idmançısı seçilib.
36 yaşlı hücumçu “L'Équipe” nəşrinin apardığı səsvermədə bütün rəqiblərini qabaqlayıb.
Leo 808 səs toplayaraq, bu ada layiq görülüb. İkinci pillədə onun PSJ-dəki komanda yoldaşı Kilian Mbappe qərarlaşıb (381 səs). Respondentlərin 285 səsini toplayan ispaniyalı tennisçi Rafael Nadal üçüncü yeri tutub.
İlk “beşliy”in digər sakinləri müvafiq olaraq belçikalı velosipedçi Remko Evenepoel və niderlandlı “Formula 1” pilotu Maks Ferstappendir.
Qeyd edək ki, Lionel Messi ötən il Argentina yığması ilə Qətərdə keçirilən dünya çempionatının qalibi olub.///report