Xəbər verdiyimiz kimi, Bakı-Quba yolunda baş verən qəzada bir ailənin üç üzvü xəsarət alıb.
Belə ki, dekabrın 25-i Bakı-Quba yolunun 120-ci km-də, Şabran rayonundan keçən hissəsində “Opel” ilə “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində "Opel"in sürücüsü, 1968-ci il təvəllüdlü Bayram Cəlal oğlu Həsənov, həyat yoldaşı, 1975-ci il təvəllüdlü Samirə Şamil qızı Əliyeva və oğlu, 1993-cü il təvəllüdlü Fariz Bayramoğlu müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar.
Ucnoqta.az Metbuat.az-a istinadən xəbər verir ki, xəsarət alan 47 yaşlı Samirə Əliyeva və oğlu, 29 yaşlı Fariz Bayramoğlu dünən vəfat ediblər.
Qeyd edək ki, Fariz Bayramoğlunun iki yaşlı qızı var.