Ucnoqta.az
www.ucnoqta.az

Ağır qəzada xəsarət alan ana və oğul vəfat etdi - <font color=red><b>FOTO</b></font>

10:20 - 6 Yanvar 2023 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi, Bakı-Quba yolunda baş verən qəzada bir ailənin üç üzvü xəsarət alıb.

Belə ki, dekabrın 25-i Bakı-Quba yolunun 120-ci km-də, Şabran rayonundan keçən hissəsində “Opel” ilə “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində "Opel"in sürücüsü, 1968-ci il təvəllüdlü Bayram Cəlal oğlu Həsənov, həyat yoldaşı, 1975-ci il təvəllüdlü Samirə Şamil qızı Əliyeva və oğlu, 1993-cü il təvəllüdlü Fariz Bayramoğlu müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

Ucnoqta.az Metbuat.az-a istinadən xəbər verir ki, xəsarət alan 47 yaşlı Samirə Əliyeva və oğlu, 29 yaşlı Fariz Bayramoğlu dünən vəfat ediblər.

Qeyd edək ki, Fariz Bayramoğlunun iki yaşlı qızı var.

Müəllif: