Biləsuvar rayonunda traktor 7 min abonenti qazsız qoyub.
Hadisə şəhərin Dəyirman adlanan hissəsində qeydə alınıb.
Belə ki, həmin ərazidə traktorla qazıntı işi aparılan zaman daşıyıcı qaz xətti zədələnib. Nəticədə, ilkin məlumata görə, Biləsuvar rayonunda 7 min abonent qazsız qalıb.
Bildirilib ki, qaz verilişinin sabaha bərpa olunması gözlənilir.