Fərdi sahibkarlar DSMF-yə nə qədər ödəniş edəcək?

15:54 - 5 Yanvar 2023 - ÖLKƏ İÇİ

2023-cü il yanvarın 1-dən Azərbaycanda minimum əmək haqqı artırılaraq 300 manatdan 345 manat oldu. Bəs görəsən fərdi sahibkarlar DSMF xərcləri nə qədır olacaq?

Ucnoqta.az xəbər verir ki, iqtisadçı eksoert Samir Əliyev bildirib ki, bu aydan DSMF-yə Sumqayıtda qeydiyyatda olanlar 67,5 manat (Bakı üzrə 75 AZN) əvəzinə 77,6 manat (Bakı üzrə 86.25 manat) ödəyəcəklər: "Üstəgəl icbari tibbi sığorta haqqı 12 manatdan 13,8 manata yüksəlir. Yəni Bakıda işləyənlər ayda hesabına 100 manat pul gəlsə, üstünə 5 manat 5 qəpik qoyub hökumətə qaytarmalı olacaqlar."

Xəbər xətti