Fransanın PSJ futbol klubu Lionel Messi ilə müqaviləni yanvarın sonuna qədər uzatmağı planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, hücumçunun parislilərlə 2024-cü ilin iyununa qədər yeni müqavilə imzalayacağı bildirilirdi.
“Kiçik, lakin vacib detalları həll etmək qalır. Onlar müqavilənin müddəti və maaşla bağlıdır”, - mənbə bildirib.
Hazırkı müqavilə 2023-cü ilin iyun ayına qədərdir. Yeni müqavilənin müddəti daha 6 ay uzadılacağı gözlənilir.
Pünhan