Laçın yolunda keçirilən etiraz aksiyası iyirmi beş gündür davam edir

10:10 - 5 Yanvar 2023 - Cəmiyyət

QHT təmsilçiləri və ekofəalların Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda dekabrın 12-dən başlayan etiraz aksiyası 25 gündür davam edir.

Ucnoqta.az xəbər verir ki, aksiya ötən gecə boyu da davam edib. Havanın soyuq və şaxtalı olmasına baxmayaraq aksiya iştirakçıları rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Sülhməramlılara məxsus təminat avtomobilləri ötən gün də Laçın yolundan təhlükəsiz olaraq hərəkət edib.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko-fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Etirazçıların əsas tələbləri RSK komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparması üçün lazımi şərait yaradılması, Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Xəbər xətti