"Azar-Tİ" MMC direktoru Ramiz Qazaxlının barəsindəki hökmdən kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkum barədəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Şikayət hakim Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası yanvarın 18-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
R.Qazaxlı Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib və 2 il sınaq müddəti ilə cəzası şərti hesab olunub.
O, bir mənzili bir neçə nəfərə satmaqda ittiham edilir.
İş üzrə 11 nəfər zərərçəkmiş var.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurulmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinir.