Kadi Borgesin transferi ilə bağlı Rusiyanın “Krasnodar” klubu ilə aparılan danışıqlar yekunlaşıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, danışıqların yekununa əsasən, futbolçu tibbi müayinədən keçdikdən sonra “Krasnodar”la rəsmi müqavilə imzalayacaq.
Hələlik keçidin detalları ilə bağlı hansısa bir açıqlama verilməyib.
Qeyd edək ki, Kadi Borges 2021-ci ilin yayından “Qarabağ” klubunda çıxış edirdi.