“Qarabağ” Türkiyəyə getdi

10:33 - 4 Yanvar 2023 - İDMAN

"Qarabağ” komandası Türkiyəyə yola düşüb.

Ucnoqta.az kluba istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu gün Antalyaya yollanıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Türkiyədə 3 yoxlama görüşünə çıxacaq.

“Qarabağ" yanvarın 13-ü “Rakuv” (Polşa), yanvarın 18-i isə “Çukariçki” (Serbiya) və “Poqon” (Polşa) klubları ilə qarşılaşacaq.

Təlim-məşq toplanışı yanvarın 23-dək davam edəcək.

Xəbər xətti