Qaradağda iki avtomobil toqquşdu - ölən var

16:04 - 31 Dekabr 2022 - HADİSƏ

Dekabrın 30-da saat 22 radələrində Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində Şamaxı rayon sakini Q.Rəcəbovun idarə etdiyi VAZ-2106 və Bakı şəhər sakini R.Səfərovun idarə etdiyi KİA markalı avtomobillər toqquşub.

Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Qəza nəticəsində Q.Rəcəbov hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti