Ucnoqta.az
www.ucnoqta.az

Qaradağda iki avtomobil toqquşdu - <font color=red><b>ölən var</b></font>

16:04 - 31 Dekabr 2022 tarixində dərc olunub.

Dekabrın 30-da saat 22 radələrində Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində Şamaxı rayon sakini Q.Rəcəbovun idarə etdiyi VAZ-2106 və Bakı şəhər sakini R.Səfərovun idarə etdiyi KİA markalı avtomobillər toqquşub.

Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Qəza nəticəsində Q.Rəcəbov hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: