Xalq artisti xəstəxanaya yerləşdirildi - FOTO

16:13 - 30 Dekabr 2022 - Cəmiyyət

Xalq artisti Ağasəlim Abdullayevin səhhətində problem yaranıb. 

Oxu.Az xəbər verir ki, xanəndənin səhhətində yaranan problemlə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub.

O, ezofagit diaqnozu ilə TƏBİB-in tabeliyindəki “Yeni Klinika”ya hospital olunub. “Yeni Klinika”da xəstəyə anamnestik, laborator və instrumental müayinələrin nəticəsinə əsasən kəskin pankreatit diaqnozu qoyulub və stasionar müalicə üçün Terapiya şöbəsinə yatırılıb.

Xəstənin vəziyyəti kafi olaraq qiymətləndirilir. Həyati göstəriciləri stabildir. Müalicəsinə davam edilir.

 

Xəbər xətti