Prezident DSMF-nin gələn il üçün büdcəsini təsdiqlədi

15:20 - 30 Dekabr 2022 - Xəbər

Prezident İlham Əliyev Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. 

Bununla bağlı Prezident.az məlumat yayıb. 

Sənədə əsasən, Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsinin gəlirləri 6 263 970 000 manat, xərcləri 6 263 970 000 manat məbləğində təsdiq edilir.

Xəbər xətti