Azərbaycanda zərgərlik məmulatlarının nağd pulla alınmasına limit tətbiq edilib

13:24 - 30 Dekabr 2022 - Cəmiyyət

Azərbaycanda qiymətli daşlardan və metallardan hazırlanmış məmulatların alqı-satqısı zamanı nağdsız qaydada həyata keçirilən pul vəsaitinin məbləği müəyyən edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında “Məqsədyönlü maliyyə sanksiyaları haqqında” qanun laihəsinin müzakirəsində  bildirilib.

Qanun layihəsinə əsasən, ümumi dəyəri 15 min manatdan çox olan qiymətli daşlardan və metallardan hazırlanmış məmulatların alqı-satqısı yalnız nağdsız qaydada həyata keçiriləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Xəbər xətti