Braziliyada üç günlük matəm elan olunub.
Bununla bağlı sərəncamı Braziliya prezidenti Jair Bolsonaru verib.
Bu addım Futbol kralı Pelenin ölümü ilə əlaqədar atılıb. Qərar dekabrın 29-dan qüvvəyə minib.
Qeyd edək ki, yeganə üçqat dünya çempionu olan Pele 82 yaşında vəfat edib.///Apasport.az