İranda gənc tələbə qız şallaq cəzasına məhkum edilib
Ucnoqta.az HRANA -ya istinadənməlumat verir ki, Zahedan Universitetinin riyaziyyat mühəndisliyi tələbəsi Ayda Purtəqi Zahedan İnqilab Məhkəməsi tərəfindən 9 ay həbs, 60 şallaq zərbəsi və İran qadınlarının hicab və geyimi ilə bağlı müqayisəli araşdırmaya məhkum edilib.
Ona qarşı “qanunsuz toplaşmaya qatılmaqla ictimai asayişi və nizam-intizamı pozmaq” ittihamı irəli sürülüb.
Xatırladaq ki, Rəşt şəhərindən olan Ayda Purtəqi noyabrda ümummilli etirazlar zamanı Zahedanda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.