Bu prospektdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

10:17 - 29 Dekabr 2022 - Cəmiyyət

Bakı şəhəri, Nəsimi rayonu Alı Mustafayev küçəsində ( 3-cü mikrorayon dairəsi) yerləşən yol ötürücüsündə aparılacaq təmir işləri ilə əlaqədar olaraq 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində ( yalnız yolötürücüsü üzərində ) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Ucnoqta.az-a verilən məlumata görə, sözügedən yolötürücüsü üzərində hərəkət intensivliyi nəzərə alınaraq məhdudlaşma qeyri iş günlərində, dekabr ayının 30-dan 31-nə keçən gecədən etibarən 2023-cü il yanvar ayının 4-ü axşam saatlarınadək tətbiq ediləcək.

Qeyd olunan müddət ərzində sürücülər 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində yan yoldan istifadə edərək hərəkətlərinə davam edə bilərlər.

 

Xəbər xətti