Bakı metrosunda qatarda texniki nasazlıq olub

10:10 - 29 Dekabr 2022 - Cəmiyyət

Bakı Metropoliteninin Xətai-Cəfər Cabbarlı stansiyası xətti üzrə hərəkət edən qatarda texniki nasazlıq yaşanıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, 18 nömrəli qatar texniki səbəbdən geriyə hərəkət etməli olub.

Sərnişinlər Xətai stansiyasında düşürülüb.

Xətai dalanında olan digər qatarla sərnişinlər Cəfər Cabbarlı stansiyasına yenidən yola salınıb.

 

Xəbər xətti