Azərbaycanın “Səbail” futbol klubu Şahin Diniyevlə danışıqlar aparır.
Ucnoqta.az xəbər verir ki, 56 yaşlı mütəxəssis baş məşqçi postu üçün paytaxt təmsilçisi ilə müqavilə imzalamağa yaxındır. Tərəflər razılaşa bilsələr, müqavilə yeni ilə qədər imzalanacaq.
Xatırladaq ki, dünən Mahmud Qurbanov “Səbail”in baş məşqçisi postundan istefa vermişdi.