“Səbail”in baş məşqçisi Mahmud Qurbanov tutduğu vəzifəsindən istefası ilə bağlı klub rəhbərliyinə müraciət edib.
Ucnoqta.az-ın "Report"a istinadən məlumatına görə, 49 yaşlı mütəxəssisin təqdim etdiyi istefa ərizəsi klubun Müşahidə Şurası tərəfindən qəbul olunub.
"Dənizçilər" Mahmud Qurbanova xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
“Səbail” baş məşqçi vəzifəsinə təyinatla bağlı ictimaiyyətə yaxın günlərdə məlumat veriləcəyini vurğulayıb.