Kadinin gedişi komanda üçün itki sayılacaq
Ucnoqta.az xəbər verir ki, “Qarabağ” futbol klubunun veteranı Emin İmaməliyev “atlılar”ın yarımmüdafiəçisi Kadinin Rusiyanın “Krasnodar” komandasına keçə biləcəyi ehtimalına toxunub.
“Kadi “Qarabağ”ın aparıcı oyunçularından biridir. Onun gedişi təbii ki, komanda üçün itki sayılacaq. Amma bunlar futbolçu karyerasının xüsusiyyətləridir - yaxşı oynamaq və daha güclü klublara keçmək. Futbolçu karyerası ilə bağlı qərarı özü verir. Şəxsi fikrim budur ki, Kadi Ağdam klubunda qalsa, daha yaxşı olar”, - deyə İmaməliyev bildirib.
Emin