Kərim Benzemanın dostu hücumçunun DÇ-2022 zamanı Fransa millisindən ayrılmasından danışıb
Ucnoqta.az xəbər verir ki, Fransa millisi 2022-ci il dünya çempionatının başlamasına bir neçə gün qalmış "Real"ın hücumçusunun zədələndiyini və bunun onun turnirdə oynamasına imkan verməyəcəyini bildirib.
Baş məşqçi Didye Deşam onun yerinə futbolçu çağırmayıb. Bu arada Benzemanın yaxın dostu və onun keçmiş agenti Kərim Cəziri forvardın zədəli ayağının videosunu yayıb.
“Bunu burada yerləşdirməzdən əvvəl mən üç mütəxəssislə məsləhətləşdim. Onlar bildirdilər ki, Benzema 1/8 final matçı üçün sağalıb, heç olmasa heyətə düşə bilər! Bəs, nə üçün siz ondan tez getməsini xahiş etdiniz?” - Cəziri yazıb.
Buradan aydın olur ki, Benzama millinin heyətində oynamaq imkanı olub, lakin bu şans ona verilməyib.
Pünhan