Yol polisi maşını “Mercedes”lə toqquşdu, xəsarət alanlar var - FOTO

14:50 - 26 Dekabr 2022 - HADİSƏ

Dekabrın 26-da saat səhər 9 radələrində Bərdə rayonu ərazisində Laçın rayon sakini Cavid Xurşudovun və polis baş serjantı Vüsal Əbdüləzimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Bu barədə Ucnoqta.az-a DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib. Xəbərə görə, nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbər xətti