Sabunçuda avtomobil təmiri sexində yanğın olub, 2 nəfər xəsarət alıb

11:10 - 26 Dekabr 2022 - HADİSƏ

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 50 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirdə olan “Fiat” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Xəbərə görə, yanğın zamanı 2 nəfər xəsarət alıb və yanğınsöndürənlər hadisə yerinə çatanadək xəstəxanaya aparılıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Xəbər xətti