Qadın sürücü yol kənarı ilə gedən şəxsi vurub öldürdü

10:56 - 26 Dekabr 2022 - HADİSƏ

Dekabrın 25-də saat 19 radələrində Astara rayonunun Pensər kəndi ərazisində ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayon sakini, 1998-ci il təvəllüdlü Vəfa Rasim qızı İbadova idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobillə digər 3 avtomobili vurub. Daha sonra V.İbadovanın sürdüyü avtomobil yol kənarında piyada hərəkət edən 1969-cu il təvəllüdlü Arifə Quliyevaya çırpılıb.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

 

Xəbər xətti