Neftçalada yol qəzasında ər-arvad xəsarət alıb

22:26 - 25 Dekabr 2022 - HADİSƏ

Neftçalada baş verən yol qəzasında ər-arvad xəsarət alıb.

Hadisə Xolqaraqaşlı kəndində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan avtomobil idarəetmədən çıxıb. Nəticədə minik maşını yolun kənarındakı kollektora düşüb.

Qəza nəticəsində rayon sakinləri - 1988-ci il təvəllüdlü Haqverdiyev Tural Eldar oğlu və həyat yoldaşı Haqverdiyeva Leyla Əbülfəz qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatıdırlıblar.

Fakt araşdırılır.///report

Xəbər xətti