Gəncədə arvadını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

21:04 - 25 Dekabr 2022 - HADİSƏ

Dekabrın 14 - ü həyat yoldaşını bıçaqlayan və sonra hadisə yerindən uzaqlaşan Gəncə sakini polis tərəfindən saxlanılıb.

Ucnoqta.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisəni törədən 1978-ci il təvəllüdlü Zaur Süleymanov hüquq mühafizə orqanı əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb edilib.

Qeyd edək ki, o, mübahisə zəminində həyat yoldaşı 1980-ci il təvəllüdlü Süleymanova Aytən Məmməd qızına bıçaqla çoxsaylı xəsarətlər yetirməkdə təqsirli bilinir.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri aparılır.

Xəbər xətti