Bakı-Quba yolunda baş verən qəzada bir nəfər ölüb

12:33 - 25 Dekabr 2022 - HADİSƏ

Bu gün Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə magistralın 72-ci km-də qeydə alınıb.

Quba rayon sakini 1955-ci il təvəllüdlü Şakir Qafarovun idarə etdiyi "Ford" markalı avtomobil maneəyə çırpılıb. Qəza nəticəsində sürücü dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər xətti