Azərbaycan “Masters” yarışında 12-ci olub

11:11 - 23 Dekabr 2022 - İDMAN

Cüdo üzrə Azərbaycan yığması Yerusəlimdə (İsrail) keçirilən “Masters” turnirində ümumi hesabında 12-ci yeri tutub.

Ucnoqta.az xəbər verir ki, idmançılarımızın üç mükafatı var: gümüş medalı Səid Mollai (81 kq), bürünc medalı isə Balabəy Ağayev (60 kq) və Zelim Kotsoyev (100 kq) qazanıb.

Birinci yeri Yaponiya (3-2-4), üçüncü yeri Fransa (2-6-2) və Gürcüstan (2-0-1) tutub.

Xəbər xətti