85 yaşlı kişini vurub qaçan şəxs tutuldu

10:20 - 23 Dekabr 2022 - HADİSƏ

Dekabrın 13-də Bakıda küçədə yaralı halda tapılan şəxs xəstəxanada ölüb. Hadisə Binəqədi rayonunda, Süleyman Sani Axundov küçəsində qeydə alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Ucnoqta.az-a bildirilib ki, 1937-ci il təvəllüdlü Bakı sakini Cəbrayıl Qarayevin yıxılaraq kəllə beyin travması alması və dekabrın 19-da xəstəxanada ölməsi ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə məlumat daxil olub. İdarə əməkdaşları tərəfindən keçirilən araşdırma zamanı məlum olub ki, C.Qarayev dekabrın 13-də qeyd edilən küçədə Ələddin Bağırovun idarə etdiyi JAC markalı avtomobillə vurulub.

Polis əməkdaşları tərəfindən Ə.Bağırovun yeri müəyyən edilərək saxlanılıb. Sonuncu istintaqa təhvil verilib. 

 

Xəbər xətti