Bakıda məktəbdə DAVA: 10 yaşlı şagirdi döydülər

17:15 - 22 Dekabr 2022 - HADİSƏ

Bakıda orta məktəbdə şagird döyülüb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 139 saylı orta məktəbdə baş verib.

Məktəbin şagirdi 10 yaşlı Məhəmməd Vitali oğlu Budaqov naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb.

Bu barədə Qaradağ rayon Polis İdarəsinə şikayət daxil olub.

Daxil olan şikayət əsasında polisdə araşdırmalara başlanılıb.

Xəbər xətti