Gəncədə əlində pirotexniki vasitə partlayan gənc ciddi xəsarət alıb

10:35 - 22 Dekabr 2022 - HADİSƏ

Gəncədə əlində pirotexniki vasitə partlayan gənc ciddi xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü A.Əhmədov əlində pirotexniki vasitənin partlaması nəticəsində sol əl nahiyəsindən ağır xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti