Evdən oğurluq edən şəxslər saxlanılıb

10:51 - 21 Dekabr 2022 - HADİSƏ

Tərtərdə fərdi yaşayış evindən oğurluq edən şəxslər saxlanılıblar.

Ucnoqta.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əvvəlcədən əlbir olaraq oğurluq əməli törətməkdə şübhəli bilinən rayon sakinləri Şəhriyar Səlimzadə və Nicat Əliyev saxlanılıblar.

Onların fərdi yaşayış evindən məişət əşyası oğurladıqları müəyyən edilib.

Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.

Xəbər xətti