Maşında sıxılıb qalan şəxs belə xilas edildi - VİDEO

10:21 - 21 Dekabr 2022 - HADİSƏ

Ötən gün axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağstafanın Dağ Kəsəmən kəndində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHNdən Ucnoqta.az-a bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal yanğınsöndürən-xilasedicilər cəlb edilib. Müəyyən olunub ki, “VAZ-2107” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və sərnişin - 1991-ci il təvəllüdlü Qocayev Musa Şahin oğlu deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrlə avtomobildə sıxılı vəziyyətdə qalan və müxtəlif bədən xəsarətləri alan vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar təhqiqat aparılır.

Xəbər xətti