Füzuli rayonunda baş vermiş qəzada həlak olnlar Azərbaycan Ordusunun hərbçiləridir.
Ucnoqta.az xəbər verir ki, “Mercedes” markalı avtomobilin aşması nəticəsində Azərbaycan Ordusunun zabitləri, Vətən Müharibəsi iştirakçıları mayor Araz Nəzərov və baş leytenant İlkin İmdatlı hadisə yerində dünyasını dəyişib.
09:50
Dekabrın 21-də səhər saatlarında Fizuli rayonu Fin şəhərciyi yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a bildirilib ki, 1984-cü il təvəllüdlü Araz Nəzərov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırması nəticəsində özü və sərnişini 1989-cu il təvəllüdlü İlkin İmdadlı hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.