Göygöldə 27 yaşlı oğlan dəm qazından zəhərlənərək öldü

09:30 - 21 Dekabr 2022 - HADİSƏ

Göygöldə zəhərlənmə faktı qeydə alınıb.

APA-nın məlumatına görə, rayon sakini 1995-ci il təvəllüdlü Təbriz Orucov yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti