Qala-Türkan yolunda ağır qəza: üç nəfər öldü

19:53 - 20 Dekabr 2022 - HADİSƏ

Xəzər rayonu Qala-Türkan yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsində üç nəfər ölüb, bir nəfər xəsarət alıb. 

DİN-in mətbuat xidmətindən Ucnoqta.az-a bildirilib ki, bu gün saat 17:30 radələrində “VAZ-2107” və “Hundai” markalı avtomobillər toqquşub.

Hadisədə “VAZ-2107” avtomobilinin sürücüsü 1959-cu il təvəllüdlü Qurban Əliyev, sərnişinləri - 2009-cu il təvəllüdlü Lütfəlizadə Aminə və bacısı 2006-cı il təvəllüdlü Zalina həyatlarını itirib. Bacıların anası isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.  

Araşdırma aparılır.

 

Xəbər xətti