Göygöldə avtomobil kanala aşdı: Xəsarət alan var

19:44 - 20 Dekabr 2022 - HADİSƏ

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

İdarəetmənin itməsi nəticəsində avtomobil yoldan çıxaraq su kanalına aşıb.

Qəza zamanı sürücü, 1946-cı il təvəllüdlü Mail Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti