Azərbaycanda 3 yaşlı uşaq anasının sırğasını uddu

14:01 - 20 Dekabr 2022 - HADİSƏ

Şəkidə üç yaşlı uşaq anasının sırğasını udub.

Ucnoqta.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib.

Şəhər sakini 2019- cu il təvəllüdlü Fərrux Fərruxlu yad cism udması ilə bağlı Şəki Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Müayinə zamanı 3 yaşlı uşağın anasına məxsus sırğanı udduğu məlum olub. F.Fərruxluya ilkin yardım göstərildikdən sonra yad cismin çıxarılması üçün Mingəçevir şəhər xəstəxanasına göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti