Rusiyada yük maşını havaya qalxmağa hazırlaşan təyyarə ilə toqquşub

13:11 - 20 Dekabr 2022 - HADİSƏ

Maqadan hava limanında yük maşını An-24 təyyarəsi ilə toqquşub

Ucnoqta.az xəbər verir ki, Uzaq Şərq Nəqliyyat Prokurorluğunun məlumatına görə, Maqadan hava limanında bortda olan iaşə maşını havaya qalxmağa hazırlaşan An-24 təyyarəsi ilə toqquşub.

Yük maşını və "İrAero" təyyarəsinin iştirakı ilə insident dekabrın 19-da təyyarənin dayanacağında baş verib. Bort "Maqadan - Keperveem" marşrutu ilə getməli idi.

Toqquşma nəticəsində təyyarənin sol qanadı zədələnib. Sərnişinlər ehtiyat təyyarə ilə təyinat yerinə yola salınıb, gecikmə 1,5 saat olub.

Emin

Xəbər xətti