Dəmir yolundan oğurluq edən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.
Bildirilib ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları dəmir yolunun Sitalçay ərazisindən keçən işlək dəmir yolu xətlərindən rels yanlıqlarını oğurlamaqda şübhəli bilinən Xızı rayon sakini Ruslan Qədirovu saxlayıblar.
Araşdırmalar zamanı həmin şəxsin ümumilikdə 95 ədəd rels altlığı, 26 ədəd sıxac və 164 ədəd qoltuqağacı oğurladığı məlum olub.
Faktla bağlı araşdırma aparılır.