Beyləqanda qumar oynayanlar cərimələndi, təşkilatçı həbs edildi

10:38 - 20 Dekabr 2022 - HADİSƏ

Beyləqanda qumar oynayanlar cərimələnib, təşkilatçı həbs edilib.

Bu barədə Ucnoqta.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini S.Mehdiyevin evinin qarşısında qumar mərasimi təşkil etdiyi müəyyən olunub. S.Mehdiyev və orada olan 9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək məhkəməyə göndərilib.

Qərara əsasən 9 nəfərə 3 min manat inzibati cərimə, mərasimin təşkilatçısına isə 5 gün müddətinə inzibati həbs tənbeh tədbirləri tətbiq edilib.

Xəbər xətti