Dekabr ayının 18-də Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə G. Mehdiyeva və övladlarının itkin düşməsi ilə bağlı məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində həmin şəxslərin yeri müəyyən olunub.
Bu barədə Ucnoqta.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
Qeyd edilib ki, G. Mehdiyeva izahatında yaşadığı evi özü tərk etdiyini bildirib və sonuncunun ailəsinə də məlumat verilib. Hazırda həmin şəxslər barəsində axtarış işi dayandırılıb.
09:25
Gəncədə qadın övladları ilə birgə itkin düşüb.
Ucnoqta.az xəbər verir ki, pravda.az-ın əldə etdiyi məlumata görə, Gəncə sakini, 1990-cı il təvəllüdlü Mehdiyeva Gülnar Ramiz qızı 18.12.2022-ci il tarixdə övladları - 2007-ci il təvəllüdlü Mehdiyev Rauf Elbrus oğlu, 2014-cü il təvəllüdlü Mehdiyev Ayxan Elbrus oğlu və 2011-ci il təvəllüdlü Mehdiyev Ümid Elbrus oğlu ilə birlikdə yaşadığı evdən çıxıb. Daha sonra qadın naməlum istiqamətdə gedərək itkin düşüb.
Faktla bağlı Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsində araşdırma aparılır.