Bakıda gənc qız zəhərlənib öldü

17:56 - 19 Dekabr 2022 - HADİSƏ

Bakıda zəhərlənmə hadisəsi olub. 

Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Nardaran qəsəbəsində baş verib. 

21 yaşlı Zəhraxanım Firdivsi qızı Orucova yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti