Türkiyəli məşhur aşpaz Nüsrət Gökce Qətərdəki görüntüləri ilə gündəm olub.
Ucnoqta.az BAKU.WS-yə istinadən xəbər verir ki, futbol oyunundan sonra matçın keçirildiyi arenaya gələn Gökce Argentinanın hücumçusu Lionel Messi ilə şəkil çəkdirmək istəyib. Bu zaman komanda yoldaşları ilə görüşən Messi Nüsrəti görməzdən gəlib.
Daha sonra aşpaz Argentina yığmasının digər üzvü Angel di Maria ilə də foto və video çəkdirib. Onun "Wow" deyərək qəribə ağız hərəkəti etməsi di Marianın təəccübünə səbəb olub.