Dünya Çempionatı onlara düşmədi - SİYAHI

15:35 - 19 Dekabr 2022 - İDMAN

Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatı bir sıra maraqlı məqamlarla yadda qaldı. Məğlub olaraq DÇ-nı tərk edən milli komandalarının bəzilərinin baş məşqçiləri istefaya göndərildi.

"Unikal" Dünya Çempionatındakı uğursuzluğa görə istefaya göndərilən baş məşqçilərin siyahısını hazırlayıb:

Mundialdakı uğursuzluqdan sonra ilk istefa verən İran millisinin baş məşqçisi Karluş Keyroş oldu.

Qrup mərhələsini keçə bilməyən Meksika millisinin baş məşqçisi Xerardo Martino da eyni addımı atıb. Onlar Səudiyyə Ərəbistanına 2:1 hesabı ilə qalib gəlsələr də, qrupda qaldılar. Məhz bundan sonra X.Martino istefa verdiyini açıqladı.

Belçika millisinin baş məşqçisi Roberto Martines də qrupda qaldıqları üçün istefa verib. Belə ki, Belçika millisi 4 xalla qrupu 3-cü pillədə başa vurub və mundialla vidalaşıb.

Növbəti istefa xəbəri isə Qana millisinin baş məşqçisi Otto Addodan gəldi. Belə ki, Afrika təmsilçisi H qrupunu 3 xalla sonuncu pillədə başa vuraraq, mundialda mübarizəni dayandırdıqdan sonra baş məqşçi bu addımı atıb. 

Cənubi Koreya millisinin baş məşqçisi Paulu Bentu isə 1/8 final mərhələsinin oyunundakı məğlubiyyətlə barışmayıb və istefa verib. Qeyd edək ki, onlar Braziliyaya 1:4 hesabı ilə uduzaraq mübarizəni dayandırmışdılar.

Turnirin sürpriz komandası olan Mərakeşə 1/8 final mərhələsində uduzan ispaniya millisinin baş məşqçisi Luis Enrike də mundialla vidalaşdıqdan sonra istefa qərarını açıqlayıb. Onun yerinə isə Luis de la Fuente təyin olunub.

Həmçinin, Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş da Mərakeşə 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra istefaya göndərilib.

Xatırladaq ki, Futbol üzrə Dünya Çempionatı 2022-yə ötən gün yekun vurulub. Final qarşılaşmasında Argentina millisi 3-3 hesabı ilə bitən matçın penaltilər seriyasında Fransaya qalib gələrək çempion olub. 

 

Xəbər xətti