Tovuzda oğul valideynlərinin evindən oğurluq edib

11:11 - 19 Dekabr 2022 - HADİSƏ

Tovuzda oğul valideynlərinin evindən oğurluq edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, dekabrın 16-da Tovuz şəhərindəki evlərin birindən 13.500 manat pul və 400 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən ev sahibinin oğlu müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti