Neftçalada ana və oğul dəm qazından zəhərlənib, ölən var

10:36 - 19 Dekabr 2022 - HADİSƏ

Neftçalada ana və oğlu dəm qazından zəhərlənib.

 Bəxtiyar Pirəliyev və anası Naibə Piriləliyeva evdə kustar üsulla quraşdırılmış qaz sobasından sızan qazdan zəhərləniblər.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Bəxtiyar Pirəliyev orada ölüb. Onun ölüm səbəbinin trombemboliya olduğu bildirilib. Qadının vəziyyəti kafidir.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti